İsmayıllıda sahibkarlara 31 mln. manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov


Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 mln. manat güzəştli kredit verib.

Şəffaflıq.az-xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir: "Ötən il "Agro Life" MMC-yə məxsus olan və dəyəri 1,7 mln. manat olan investisiya layihəsinin 1 mln. manat Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}