Laçında həlak olan əsgər Tahir Əliyevin nəşi ailəsinə təhvil verilib


Azərbaycan Ordusunun ötən gün Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

Şəffaflıq.az-ın məlumatına görə, 2002-ci il təvəllüdlü T.Əliyevin nəşi Ağstafa rayonuna aparılıb.

O, bu gün rayonun Yenigün kənd qəbristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}