Ukrayna Prezident Ofisi: "İran Rusiyaya 46 ədəd PUA verib"
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib. Şəffaflıq.az -a xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi “Feygin Live”ın efirində bildirib. “Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər”, - O.Arestoviç vurğulayıb. Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.
Xəbəri paylaş
Facebook-da paylaş