Rəşad Sadıqov: "Futbolçular güclü rəqibdən çəkinmədilər"


"Futbolçular hər iki matçda güclü rəqibdən çəkinmədilər və meydanda inamlı mübarizə apardılar. Onlara təşəkkür edirəm".

Şəffaflıq.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsraildə "Makkabi" (Təl-Əviv) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfrasında deyib.

40 yaşlı mütəxəssis maraqlı oyuna şahidlik etdiklərini bildirib: "Makkabi"yə qarşı səfərdə oynamaq həmişə çətindir. Rəqibdə və bizdə qol şansları oldu, amma hesab açılmadı. İlk oyundakı bəzi səhvlər həlledici idi. İlk görüşün Bakıda olması rəqibə əlavə üstünlük yaratdı. Amma "Makkabi"nin haqqını vermək lazımdır. Çox yaxşı baş məşqçiləri və heyətləri var. Onlara qarşıdakı matçlarda uğurlar arzulayıram. Biz isə öz yolumuza davam etməliyik. Bu iki oyun göstərdi ki, komanda daha böyük işlər üçün hazırdır. Gələcəkdə bundan da yaxşı işlər görəcəyik".

Qeyd edək ki, "Zirə" Bakıdakı qarşılaşmada rəqibinə 0:3 hesabı ilə məğlub olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}