Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub


Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi “Dəmir yumruq” tamaşasının premyerası olub.

Şəffaflıq.az-ın məlumatına görə, tamaşa 2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunub.

Əvvəlcə 44 günlük Vətən Müharibəsində şəhidl olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Dəmir yumruq” tamaşası 44 günlük Vətən Müharibəsindən bəhs edir, gənclərin maarifləndirilməsi baxımından önəm daşıyır. Tamaşada igidləriin, şəhidlərin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilib.

Tamaşadan sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib və digərləri tamaşanın əhəmiyyətindən danışıblar.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}