Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Şəffaflıq.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Mehman Dadaşovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan yarım kiloqrama yaxın marixuana və 7 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib. Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Dadaşovun barəsində həbs qətimkan tədbiri seçilib.
Xəbəri paylaş
Facebook-da paylaş