Rusiya dost olmayan ölkələrin siyahısını genişləndirdi



Rusiya hökuməti Baham adalarını, Qernsi və Men adalarını qeyri-dost dövlətlər və ərazilərin siyahısına daxil edib.

Bu barədə bazar günü Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Kabineti xatırladıb ki, bu siyahı bəzi xarici kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsinin müvəqqəti qaydası haqqında prezidentin 5 mart 2022-ci il tarixli fərmanına əsasən yaradılıb.

Qeyd edək ki, hazırda siyahıda ABŞ və Kanada, Aİ dövlətləri, Böyük Britaniya, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir.

Bu il iyulun 22-də Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya da sözügedən siyahıya daxil edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}