Goranboyda elektrik cərəyanı 18 yaşlı qızı vuraraq öldürüb


Goranboyda gənc qızı elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Düzqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 2004-cü il təvəllüdlü G.Qasımovanı elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}