ÜST Avropada yeni koronavirus dalğası elan etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Klüge koronavirusun “Omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib. Bu barədə ÜST-ün saytında məlumat verilib. “Aydındır ki, biz keçən yay ilə analoji vəziyyətdəyik. Sadəcə, bu dəfə davam edən COVID-19 dalğası “Omikron” ştammının subvariantlarından, xüsusilə də BA.2 və BA.5-dən qaynaqlanır”, – deyə məlumatda qeyd edilir. O, həmçinin əlavə edib ki, son altı həftə ərzində Avropada yeni yoluxmaların sayı üç dəfə artıb. Klüge Avropa ölkələrini vaksinasiya və maska taxılması ilə bağlı təcili tədbirlər görməyə çağırıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş