Kürdəmirdə ağır yol qəzası olub, ölən və yaralanan var


Kürdəmirdə ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ərəbqubalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü, Ərəbqubalı kənd sakini 63 yaşlı Həsənov Əlhəsən Mehdiqulu oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 68 yaşlı Ərəbqubalı kənd sakini Nəsirov Nəsir Qurban oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}