Parisdə atışma: Ölən və yaralananlar var
Parisdə atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb İnsident şəhərin 11-ci rayonundakı qəlyan salonunda baş verib. Məlumatı şəhər meri Fransua Voqlin təsdiqləyib. Hadisə şahidləri bildiriblər ki, iki naməlum şəxs avtomobillə obyektə yaxınlaşaraq girişdə oturan iki nəfəri güllələyib. Qəlyan salonunun qonaqları hücum edənlərdən birini saxlaya biliblər. İkincisi şəxs isə qaçmağa müvəffəq olub. Hazırda onu polis axtarır. Cinayətin motivləri hələlik məlum deyil. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş