Çinin Rusiyaya "gizli dəstəyi" üzə çıxıb



Çinin Rusiyaya mikroçiplər və digər elektron komponentlər və xammal, o cümlədən hərbi təyinatlılarının ixracı Rusiyanın Ukraynaya təcavüzündən sonra artıb. Bu isə ABŞ və onun müttəfiqlərinin sanksiya səylərini çətinləşdirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır. Nəşr vurğulayır ki, Çin bitərəflik bəyanatlarına baxmayaraq, Rusiyaya müharibəni davam etdirmək üçün lazım olan malları satır.

Çin gömrük məlumatlarına görə, 2022-ci ilin ilk beş ayında Çindən Rusiyaya çiplərin tədarükü keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq təxminən 50 milyon dollara çatıb. Silah və aerokosmik sənayedə mühüm material olan alüminium metalının hazırlanmasında istifadə edilən alüminium oksidinin ixracı ötən illə müqayisədə 400 dəfə çox olub. Çap elektron lövhələrinin ixracı da xeyli artıb.

Nəşrin məlumatına görə, bir çox çinli avadanlıq satıcıları Rusiya ilə işini davam etdirir. Belə ki, iyun ayında ABŞ Ticarət Departamenti Rusiyanın Ukraynaya geniş miqyaslı işğalından əvvəl və sonra Rusiyanın müdafiə sənayesinə yardım etdiyi iddiası ilə beş Çin şirkətini ticarətin qara siyahısına əlavə edib.

Rusiya ilə ticarət həm kiçik özəl şirkətlər, həm də dövlət müəssisələri tərəfindən həyata keçirilir. Çin rəsmiləri ölkənin Rusiyaya silah vermədiyini bildirir. Bir çox Çin şirkətləri ABŞ sanksiyalarından qorxduğu üçün Çindən Rusiyaya ümumi ixrac bu il əhəmiyyətli dərəcədə azaldıb.

Nəşrin məlumatına görə, Çinin dəstəyi Rusiya üçün çox vacibdir. Avropa İttifaqının Rusiya enerji daşıyıcılarının istehlakının azalması fonunda Rusiya Federasiyasının lideri Vladimir Putin enerjinin Çin və digər Asiya ölkələrinə satışının vacibliyini qeyd edib.

Çin lideri Si Tsinpin dəfələrlə Rusiyaya dəstəyini ifadə edərək iki ölkə arasında "hüdudsuz dostluğun" olduğunu bildirib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}