"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 140 hərbçisi məhv edilib”.


"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 38 140 hərbçisi məhv edilib”.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində isə 300 rusiyalı hərbçini məhv edib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 677 tank, 3 874 zirehli döyüş maşını, 846 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 220 təyyarə, 188 helikopter, 687 PUA, 167 qanadlı raket, 15 gəmi, 2 735 avtomobil texnikası və avtosistern, 68 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ən böyük itkiləri Kramatorsk şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}