Bakıda üç avtomobil toqquşub, xəsarət alanlar var

 

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.


Belə ki, “Hyundai” markalı minik avtomobilini idarə edən sürücü “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib.


Nəticədə yolayrıcındakı arakəsməyə dəyən avtomobil əvvəlcə eyni markalı nəqliyyat vasitəsinə, sonra “Mazda” markalı maşına çırpılıb.


Qəza zamanı “Hyundai”da olan üç sərnişin xəsarət alıb.


Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}