Ərdoğandan NATO sammiti öncəsi AÇIQLAMA: “Boş söz yox, nəticə istəyirik”

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət və hökumət başçılarının iştirakı ilə təşkil edilən NATO sammitinə qatılmaq üçün İspaniyanın paytaxtı Madridə gedir.

Səfər öncəsi hava limanında maraqlı açıqlamalar verən Ərdoğan bildirib ki, sammit Ukraynada müharibənin kritik dövründə keçirilir.

“Qarşıdakı dövrdə NATO-ya istiqamət verəcək konsepsiya qəbul ediləcək.

İkitərəfli görüşlərimdə PKK gündəmimizdə olacaq. İsveç və Finlandiyanın mövqeyini bir daha izah edəcəyik. PKK-nın bu ölkələrdə fəaliyyət göstərməsinin qarşısı alınmalıdır. İsveç və Finlandiya ilə dördüncü zirvə görüşünü keçirəcəyik. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizlik problemlərini həll etməlidirlər.

İsveç və Finlandiya NATO-ya üzv olacaqsa, 70 ildir ittifaqın üzvü olan Türkiyənin təhlükəsizlik problemlərini nəzərə almalıdırlar. Dördtərəfli görüş keçirərək hansı mərhələdə olduqlarını görəcəyik. Biz boş söz yox, nəticə istəyirik”, - deyə Ərdoğan vurğulayıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}