Finlandiyada əhalinin əksəriyyəti Türkiyə əleyhinə terroru dəstəkləyir

 

Bu gün İspaniyanın paytaxtı Madriddə başlayan NATO sammitinin əsas gündəmlərindən biri Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazları olacaq.


NATO sammitində məsələnin həll olunub-olunmayacağı sualının cavabı maraqla gözlənildiyi halda, Finlandiyada keçirilən sorğu ölkə əhalisinin məsələyə yanaşmasını ortaya çıxarıb.

Şəffaflıq.az xəbər verir ki, EURACTIV saytının xəbərinə görə, finlərin əksəriyyəti NATO üzvlüyünə isti münasibət bəsləsələr də, Türkiyənin tələblərinin yerinə yetirilməsini istəmirlər.


Xatırladaq ki, Türkiyə Finlandiya və İsveçdən silah embarqosunu ləğv etməyi və terror təşkilatı PKK-ya “dəstəy"i kəsməyi tələb edir.


Finlandiyanın Helsingin Sanomat qəzetinin təşkil etdiyi sorğuda finlərin NATO üzvlüyünə dəstəyinin artaraq 79 faizə çatdığı görünüb. Bildirilir ki, ötən aydan bu göstərici 6 faiz artıb.


Digər tərəfdən, finlərin əksəriyyəti Türkiyənin tələblərinin yerinə yetiriləcəyi təqdirdə NATO üzvlüyünü səbrsizliklə gözləmədiklərini bildiriblər. İştirakçıların 70 faizi Türkiyənin tələblərini yerinə yetirmək üçün güzəştə getməyin əleyhinə olduqlarını bildirib.


Türkiyə prezidenti Tayyib Ərdoğanın NATO-ya üzvlük üçün irəli sürdüyü tələbləri dəstəkləyənlərin nisbəti 14 faiz olaraq qalıb. Bu insanların əksəriyyətinin millətçi Finlər Partiyasının tərəfdarları olması diqqət çəkir.


Qeyd edək ki, Finlandiya prezidenti Sauli Niinistö bir müddət əvvəl Madriddə keçirilən NATO sammitində bu məsələ ilə bağlı razılığın əldə oluna bilməyəcəyini bildirib. Baş nazir Sanna Marin də prosesin “dondurulması” ehtimalından narahat olduğunu vurğulayıb.


Bu günə qədər Türkiyənin İsveç və Finlandiya ilə apardığı danışıqlardan konkret nəticə əldə olunmayıb.


Bu sorğudan ortaya çıxan nəticə budur ki, bu ölkədə əhalinin əksəriyyəti terroru açıq şəkildə dəstəkləyir. Tənii ki, əgər terror Finlandiya əleyhinə olsaydı fərqli yanaşardılar, amma Avropanın bir çox yerlərində Türkiyəyə qarşı xəstə nifrət elə bir səviyyədədir ki, terrora açıq şəkildə dəstək verməkdən də utanmırlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}