Türkiyə İsveç və Finlandiya ilə üçtərəfli danışıqlardan imtina etdi

 

Türkiyə hakimiyyəti NATO-nun alyansa qoşulmaq istəyən ölkələrlə buna qarşı çıxan Ankara arasında fikir ayrılıqlarının həllinə yönəlmiş İsveç və Finlandiya ilə üçtərəfli danışıqlarda iştirak etmək dəvətini rədd edib.

Məlumata görə, üç ölkənin nümayəndələri və NATO-dan neytral vasitəçinin iştirakı ilə nəzərdə tutulan görüş çərşənbə gününə planlaşdırılıb.

Bununla belə, Türkiyə Helsinki və Stokholmdan təhlükəsizliklə bağlı narahatlıqları azaltmaq üçün konkret təkliflər almayana qədər heç bir danışıqlarda iştirak etməyəcəyini bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}