Bakıda avtobus qəzaya uğrayıb, xəsarət alanlar var

 

Bu gün Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Şəffaflıq.az məlumat verir ki, hadisə Qaradağ rayonunda baş verib.

"KİA" markalı avtomobil Bakı-Ələt magistralında Sahil qəsəbəsinə sərnişindaşıma fəaliyyəti göstərən 149 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusa çırpılıb. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}