Şəhid kapitanın polkovnik atası dünyasını dəyişib


 

Vətən Müharibəsi şəhidi Nəcəf Şikarovun atası Şikar Şikarov vəfat edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılmışdır.


Qeyd edək ki, polkovnik-leytenant Şikar Şikarov Birinci Qarabağ Müharibəsi iştirakçısı olub. Azərbaycan Ordusunun kapitanı olmuş Nəcəf Şikarov isə 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Allah onların hər ikisinə rəhmət eləsin! Amin! 






 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}