Müəmmalı "Havana sindromu" panikası: ABŞ milyonlarla təzminat ödəyəcək


 

ABŞ-ın xaricdəki diplomatları və kəşfiyyatçıları müəmmalı Havana sindromuna görə külli miqdarda təzminat ödəməyə hazırlaşır.


Şəffaflıq.az xəbər verir ki, ABŞ mətbuatının Co Bayden administrasiyasının səlahiyyətliləri və keçmiş kəşfiyyatçılarına əsaslandığı xəbərə görə, ABŞ rəhbərliyi Havana sindromundan əziyyət çəkən insanlara xəstəliklərinin dərəcəsinə görə 100 mindən 200 min dollaradək aralıqda təzminat ödəyəcək.

Bildirilir ki, Havana sindromu adını 2016-2017-ci illərdə Kubanın paytaxtı Havanada bəzi ABŞ və Kanada diplomatlarında görünən müəmmalı nevroloji xəstəliklərdən almıb. O zaman Havanadakı diplomatlarda başgicəllənmə, müvazinət itkisi, eşitmə və görmə qabiliyyətinin itirilməsi, idrak qabiliyyətinin zəifləməsi və narahatlıq kimi əlamətlər olsa da, bu halların səbəbini tapmaq mümkün olmayıb. ABŞ Kubanı diplomatlarına qarşı "bioloji hücumlar" təşkil etməkdə ittiham edib, Kuba isə ittihamı rədd edib.

Daha sonra oxşar simptomlar Cənubi Amerika, Çin və Avropada xidmət edən bəzi ABŞ rəsmilərində müşahidə edilib, hətta bəzilərində travmatik beyin zədəsi aşkarlanıb ki, bu da ABŞ-da böyük narahatlıq doğurub.

Məlumatda bildirilir ki, Bayden administrasiyasına müəmmalı xəstəlikdən əziyyət çəkən amerikalıları dəstəkləmək üçün təzyiq son vaxtlar artmaqdadır.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəsmisi dünən elan edib ki, kəşfiyyat agentlikləri və Dövlət Departamenti böhranı həll etmək üçün birlikdə işləyir.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada Havana sindromu səbəbindən beyin silkələnməsi və müxtəlif xəstəliklərdən əziyyət çəkən məmurlara maaş veriləcəyi bildirilib.

ABŞ mütəxəssisləri, fevral ayında açıqladıqları hesabatda, Havana sindromunun arxasında impulslu enerji cihazlarının ola biləcəyini təyin ediblər. ABŞ Dövlət Katibi Antoni Blinken ötən ilin noyabrında verdiyi açıqlamada böyük fiziki və psixoloji zərərə səbəb olan bu vəziyyətin səbəblərini araşdırdıqlarını söyləyib.


Facebook-da paylaş


{sape_links}{sape_article}