Rəsmi Moskvadan Paşinyanın “Qarabağ Ermənistandır” sözlərinə REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərinə reaksiya verib.
Şəffaflıq.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Zaxarova Paşinyanın mövqeyini tənqid edib.
“Təəssüf ki, biz müxətlif tərəflərdən və müxtəlif səviyyələrdə belə açıqlamalar eşitmişdik. Arzu edirik ki, bütün ölkələr daxili siyasi proseslərini və müvafiq siyasi gündəm formalaşdırmaq hüququndan istifadə etməklə yanaşı, əsas özək kimi münaqişənin teüzliklə həlli baxımından çıxış etsinlər”.
Münaqişənin uzunmüddət davam etdiyi və mürəkkəb olduğunu etiraf edən rəsmi şəxs bununla belə, tərəflərin sülhə yol aldıqlarına ümid ifadə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}