Daha 2 ölkədə meymunçiçəyi aşkarlandı

 Son 2 gündə Sinqapur və Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxma halları qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, Sinqapurda britaniyalı bir şəxsdə virus aşkar olunub.

Məlumata görə, həmin şəxsdə keçən həftə dəri səpkiləri, baş ağrıları və qızdırma müşahidə edilib. İyunun 20-si isə onun testi müsbət çıxıb. Sinqapur Səhiyyə Nazirliyinin açıqlamasına görə, həmin şəxslə yaxın təmasda olan 13 nəfər müəyyən edilib və onların axtarışı həyata keçirilir.


Cənubi Koreyada isə meymunçiçəyi Almaniyadan ölkəyə qayıdan ölkə vətəndaşında aşkar olunub.

Cənubi Koreya, həmçinin Busan şəhərində bir əcnəbi şəxsin yoluxması ilə bağlı araşdırma aparır.

Bununla da meymunçiçəyi Avropadan başqa Yaxın Şərqə də yayılmağa başlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}