Əsas Səhifə > SAĞLAMLIQ / Dünya > Daha 2 ölkədə meymunçiçəyi aşkarlandı
Daha 2 ölkədə meymunçiçəyi aşkarlandı22-06-2022, 23:34 |
Son 2 gündə Sinqapur və Cənubi Koreyada meymunçiçəyinə ilk yoluxma halları qeydə alınıb. Məlumata görə, həmin şəxsdə keçən həftə dəri səpkiləri, baş ağrıları və qızdırma müşahidə edilib. İyunun 20-si isə onun testi müsbət çıxıb. Sinqapur Səhiyyə Nazirliyinin açıqlamasına görə, həmin şəxslə yaxın təmasda olan 13 nəfər müəyyən edilib və onların axtarışı həyata keçirilir. Cənubi Koreyada isə meymunçiçəyi Almaniyadan ölkəyə qayıdan ölkə vətəndaşında aşkar olunub. Cənubi Koreya, həmçinin Busan şəhərində bir əcnəbi şəxsin yoluxması ilə bağlı araşdırma aparır. Bununla da meymunçiçəyi Avropadan başqa Yaxın Şərqə də yayılmağa başlayıb. Geri qayıt |