“Chery” avtomobillərinin rəsmi satışına start verildi


 

“Chery” avtomobil brendinin Azərbaycandakı rəsmi distribütoru “Efendiler Group” yenicə təqdim olunmuş satış və servis mərkəzini müştərilərin ixtiyarına verib.

Sərgi salonunda “Tiggo 2 PRO”, “Tiggo 7 PRO” və “Tiggo 8 PRO” modelləri təqdim olunub. Bu ilin sonundan başlayaraq, gələn il ərzində isə bu Çin istehsalçısının geniş model sırasının digər təmsilçilərini də salonda görmək mümkün olacaq. Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri müştərilərə avtomobillərə dair tam məlumat verməyə, test-sürüşü təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazırdırlar.

Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün də geniş anbar mövcuddur.

QEYD: Nəzərinizə çatdırmaq istərdik ki, hal-hazırda təqdim olunmuş satış mərkəzi müvəqqəti sərgi salonudur.

Brendin korporativ üslubuna cavab verən mərkəzin tam şəkildə təmir, tikinti işləri davam edir və tez bir zamanda Bakının ən müasir avtomobil sərgi salonu müştərilərə təqdim olunacaq.

“Chery” satış və servis mərkəzinin ünvanı:

Babək prospekti, 37.

Tel.: (050) 808 70 70


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}