Bakı küçələri "Formula 1"in beton bloklarından təmizləndi

 Bakı Şəhər Halqasına aid olan küçə və prospektlərdə, Formula 1 azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton blok artıq yığışdırılıb.
Bu barədə  Bakı Şəhər Halqasından məlumat verilib.
Bununla, Formula 1 Azərbaycan Qran Prisinin keçirildiyi son altı ildə, yollar, bir həftə olmaqla ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.
“2022–ci il Formula 1 Azərbaycan Qran Prisi ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də Bakı Şəhər Halqası tərəfindən zəruri addımlar atılacaqdır.”-deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin direktoru Arif Rəhimov bildirib.
Xatırladaq ki, Bakı şəhərinin ev sahibliyi etdiyi 2022–ci il Formula 1 Azərbaycan Qran Prisi 3 gün davam etməklə 10-12 iyun tarixlərində baş tutub.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}