Rusiya Dnepropetrovskda neft anbarını vurub, dağıntı və xəsarət alanlar var


 

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətini atəşə tutublar. Novomoskovsk vilayətində düşmən raketləri neft anbarını dağıdıb. Kütləvi yanğın başlayıb və ilkin məlumata görə üç nəfər yanıb.


Şəffaflıq.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk və Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının sədri Valentin Rezniçenko məlumat veriblər.

"Üç raket tank parkını məhv edib. Orada güclü yanğın var. Xilasedicilər alovu ram etməyə çalışırlar", - deyə Rezniçenko bildirib.

Onun sözlərinə görə, üç nəfər yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdiriliblər.

"Axşama yaxın Novomoskovski rayonuna bir neçə raket zərbəsi vurulub. İlkin məlumatlara görə, xəsarət alanlar və irimiqyaslı dağıntılar var. İndi bütün məlumatlar dəqiqləşdirilir", - deyə Lukaşuk bildirib.

O, həmçinin Krivoy Roqda günorta saatlarında baş verən raket hücumu nəticəsində iki nəfərin yaralandığını xatırladıb. Onun sözlərinə görə, işğalçılar sosial infrastruktur obyektinə daxil olublar. İki fərdi yaşayış evi və bir qaraj da dağılıb. Xidmətlər hələ də ərazidə hadisənin nəticələrini aradan qldırmaqla məşğuldurlar.

“Bundan əlavə, gün ərzində işğalçılar Apostol icmasının ərazisini atəşə tutublar. Atışma nəticəsində elektrik xətti zədələnib, indi hər şey bərpa olunr. Düşmən Zelenodolsk camaatını da raket zərbələri eddirib: Bolşaya Kostroma da düşmən atəşi altına düşüb. Xoşbəxtlikdən hər iki halda tələfat və dağıntı olmayıb”, - deyə Lukaşuk bildirib.

Bundan əvvəl Ukrayna mətbuatı artıq Rusiyanın Dnepropetrovsk vilayətində bir müəssisəni raketlərlə məhv etdiyini bildirmişdi. Zərbələr nəticəsində iki partlayış baş verib, istehsalat binası dağılıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}