Rusiya və Belarus ərazisindən Ukraynaya 788 qanadlı və ballistik raket atılıb
“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib.
Onun sözlərinə görə, bu raketlərdən 213 ədədi “İsgəndər” operativ-taktiki raketi, 61 ədədi “Toçka-U” əməliyyat-taktiki raketi, 235 ədədi dəniz və hava bazalı qanadlı raketlərdir, ümumilikdə 4 917 hava uçuşu həyata keçirilib.
“Təkcə may ayı ərzində Rusiya Silahlı Qüvvələri Rusiya ərazisindən 49 raket zərbəsi endirib, 74 qanadlı və ballistik raket, o cümlədən 4 ədəd “İsgəndər”, 8 ədəd “Toçka-U”, 2 ədəd dəniz və hava bazalı qanadlı raket atılıb, 459 hava hücumu həyata keçirilib”, - A.Qromov vurğulayıb.
Facebook-da paylaş