Hindistan Rusiya neftinin alışını 31 dəfə artırıb

 

Hindistan son həftələrdə Rusiyadan karbohidrogen məhsullarının alışını kəskin şəkildə artırıb.

Ölkə mayın 27-dən iyunun 15-dək Rusiyadan 331 milyon dollardan çox dəyəri olan kömür alıb. Eyni zamanda, Hindistan bu müddət ərzində 2,22 milyard dollar məbləğində Rusiya neftini tədarük edib.

Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistan Rusiyadan kömür alışının həcmini altı dəfə, neftın alışını isə 31 dəfə artırıb.

Qeyd edək ki, Rusiya bu məhsulları Hindistana 30% endirimlə satır. Ödənişlər Hindistan rupisi və BƏƏ dirhəmləri ilə həyata keçirilir.

Hindistan Ticarət Nazirliyi rəsmi olaraq bu məlumatları şərh etmir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}