Azərbaycan dərman vasitələrinin xaricdən alışını kəskin artırıb
Azərbaycan 2021-ci ilin yanvar-fevral aylarında 5 157,4 ton həcmdə 81 milyon 17,3 min dollar dəyərində əczaçılıq məhsulları idxal edib.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, 2020-ci ilin eyni dövrü ilə müqayisədə idxal həcmi 75,7 faiz, idxal dəyəri isə 43,4 faiz artıb.
Təkcə fevral ayında Azərbaycan xaricdən 1 837,48 ton həcmdə və 39 milyon 58,9 min dollar dəyərində əczaçılıq məhsulları alıb.
2020-ci ilin fevral ayı ilə müqayisədə idxal həcmi 37,8 faiz, idxal dəyəri isə 48,9 faiz artıb.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş