Əczaçılıq məhsulları Azərbaycanın ən çox idxal etdiyi beşinci məhsuldur

 

2020-ci ildə Azərbaycana 22,7 min ton əczaçılıq məhsulu idxal edilib. Bu məhsulların ümumi idxal dəyəri 377,1 milyon dollar olub.

Şəffaflıq.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu illə müqayisədə ötən il idxal olunan əczaçılıq məhsullarının həcmi 37,2 faiz artıb. Bu məhsulların idxal dəyəri isə əvvəlki illə müqayisədə 80,6 milyon dollar və ya 27,2 faiz çoxdur.

Bu məhsulların ümumi idxalda payı 3,5 faiz təşkil edib və 2020-ci ildə Azərbaycanın ən çox idxal etdiyi 5-ci məhsul növü olub.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 296,5 milyon dollar dəyərində 16,5 min ton əczaçılıq məhsulları idxal edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}