Antalyada turist avtobusu aşdı: Ölən və yaralananlar var

 

Antalyanın Korkuteli rayonu Fethiye şossesində tur avtobusu aşıb.

Qəzada 1 turistin həyatını itirdiyi, 22 nəfərin yaralandığı bildirilib.

Avtobusda 5 fərqli ölkədən gələn 20 turist, 2 bələdçi və 1 sürücü olub. Ölən şəxsin əcnəbilərdən biri olduğu qeyd edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}