Azərbaycanda yol faciəsi - ölü və çoxlu YARALI VAR

 Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Şəffaflıq.az  "Report"a istinadən bildirir ki, Bakı-Quba yolunun 78-ci km-də, Siyəzən ərazisində "Nissan Mikra" markalı avtomobil "Mercedes ML"lə toqquşub.

 
Hadisə nəticəsində Siyəzən sakinləri: - 1987-ci il təvəllüdlü Fərqanə Mövlidxan qızı Abbasova, onun bacısı, 1985-ci il təvəllüdlü Əfsanə Mövlidxan qızı Tağıyeva, 2001-ci il təvəllüdlü Azər Ələbbas oğlu Ağayev, 2014-cü il təvəlludlü Əsma Firudin qızı Abbasova və Quba sakini, 2004-cü il təvəllüdlü Əminə Rövşən qızı Əliyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza zamanı ağır xəsarət alan 1988-ci il təvəllüdlü Xalidə Xalid qızı Xəlilzadə hadisə yerində keçinib.
Hadisə ilə bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}