Ay səthinin indiyədək ən ətraflı xəritəsi hazırlandı
Çində 100-dən çox alimdən ibarət tədqiqat qrupu Ay səthinin indiyədək ən ətraflı xəritəsini hazırlayıb.
Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, illərlə davam edən araşdırma "Science Bulletin" jurnalında dərc olunub.
Belə ki, Ayın səthinin təsviri 30 kvadrata bölünüb. Hər bir parçanın ətraflı xəritələşdirilməsindən sonra parçalar bir yerə yığılıb.
Xəritədə 81 təsir hövzəsi, 17 qaya növü və 14 relyef forması ətraflı təsvir edilib. Xəritənin yaradılması zamanı əsas mənbə kimi Çinin Ayın Kəşfiyyat Proqramı missiyalarının məlumatlarından istifadə edilib.
Tədqiqatçılar xəritəni hazırlamaqda məlumatları toplamaq üçün on il sərf ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş