Çin qırmızı planeti araşdırır

 

Çinin “Zhuzhong” roveri eniş platformasından çıxaraq Mars planetinin tədqiqinə başlayıb.

Şəffaflıq.az bu barədə Çinin Milli Kosmik Administrasiyasına istinadən xəbər verir.

Cihaz planetin səthinin maddi tərkibi haqqında məlumatı, onun yeraltı strukturu və maqnit sahəsini müəyyənləşdirəcək, həmçinin ətraf meteoroloji vəziyyəti müşahidə edəcək.

Qeyd edək ki, mayın 15-də Marsın araşdırılması üçün Çinin “Tianwen-1” zondu planetin səthinə uğurlu eniş edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}