Vanda güclü zəlzələ baş verdi: İnsanlar təşviş içində mağazanı tərk etdilər


 

Ötən gün Türkiyənin Van şəhərinin Tuşba rayonunda baş vermiş zəlzələnin gücünü əks etdirən görüntülər yayılıb.

Marketin təhlükəsizlik kameralarına düşən görüntülərdə vitrində olan malların yerə düşdüyü, müştərilərin və satıcıların qaçaraq mağazanı tərk etdikləri görünür.

Qeyd edək ki, beş bal gücündə olan zəlzələnin şiddətindən Tuşbada bir sıra yaşayış binalarına ciddi ziyan dəyib, sakinlər gecəni küçələrdə keçirmək məcburiyyətində qalıblar.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}