Şamaxıda görkəmli alim Kərəmov Nurəddin Kərəm oğlunun anadan olmasının 110 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Şamaxı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə 10 iyun 2022-ci il tarixdə Şamaxı İncəsənət 
Şəffaflıq.az xəbər verir ki, təhsili Mərkəzində coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, tanınmış coğrafiyaçı-landşaftşünas Kərəmov Nurəddin Kərəm oğlunun 110 illik yubileyinə həsr olunmuş “Azərbaycan landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində N.K.Kərəmovun rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.Konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov, institutun əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan AMEA-nın Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zakir Eminov Azərbaycanda landşaft tədqiqatlarının inkişafında və coğrafiyaçı səyyahların öyrənilməsində Nurəddin Kərəmovun rolundan bəhs edərək onun bu istiqamətdə gördüyü işlərdən geniş söhbət açdı.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qonaqları salamlayaraq Azərbaycan mədəniyyətinin və elminin inkişafında Şamaxının rolu, o cümlədən coğrafiya elminin inkişafı istiqamətində görkəmli alim həmyerlimiz Nurəddin Kərəmovun göstərdiyi xidmətlərdən söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin ölkəmizdə elmə və təhsilə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğuladı.
Konfransda çıxış edənlər AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşları İsmayıl Quliyev, Çingiz Gülalıyev, Etibar Bədəlov, Şamaxı rayon Akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin direktoru Afaq Orucova və alimin yaxın qohumu Sabir Dəmirov Nurəddin Kərəmovun Azərbaycan elminə verdiyi töhfələrdən geniş söhbət açaraq onunla bağlı xatirələrini bölüşdülər.
Tədbirin sonunda çıxış edən Nurəddin Kərəmovun nəvəsi Rüfət Kərimov konfransın təşkilində göstərdikləri köməkliyə görə alimin ailə üzvləri adından Şamaxı Rayon İcra Hakimiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasının H.Ə.Əliyev adına Coğrafiya İnstitutuna öz minnətdarlığını bildirdi.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}