Şamaxıda “Ruhumuzun ünvanı - Şuşa” adlı tədbir keçirilib - Fotolar

İyunun 6-sı Şamaxı rayon Heydər Əliyev adına parkda Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq “Şuşa İli”nə həsr edilən “Ruhumuzun ünvanı - Şuşa” adlı tədbir keçirilib.
Şəffaflıq.az  xəbər verir ki, tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, digər idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak ediblər.








 “Bayatı- şiraz” muğamının fonunda başlayan tədbirdə çıxış edən aparıcı 2020-ci il 27 sentyabrda başlayan, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atmasından bəhs edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}