Azərbaycanlı hakimlər briqadası İtaliyanın oyununa təyinat alıb

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev beynəlxlq oyuna təyinat alıb.
Şəffaflıq.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Məsiyev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatında seçmə mərhələnin Lüksemburq – İtaliya qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Qeyd edək ki, oyun iyunun 6-da keçiriləcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}