İlkin Süleymanovun məhkəməsində şok ifadə: Onunla kamerada yatan şəxs danışdı
Şəffaflıq.az-ın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin yalan olduğunu deyib.
O, İlkin Süleymanovun heç vaxt cinayət törətməsini etiraf etmədiyini bildirib: "İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi".
Prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-i, yəni Nərmin Quliyeva itkin düşən gün hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.
Proses iyunun 3-də davam etdiriləcək.
Facebook-da paylaş