Bakıda 26 yaşlı gənc oğlana 5 bıçaq zərbəsi vurulub

 Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Abbasov Elşən Nurxan oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədəninin müxtəlif nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
E.Abbasov əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}