Almaniyanın vitse-kansleri: “Ukraynadakı münaqişə aylarla davam edə bilər”

“Ukraynadakı vəziyyətdən belə görünür ki, münaqişə həftələrlə və ya aylarla davam edə bilər”.
Şəffaflıq.az-ın məlumatına görə, bu fikri “CNN” telekanalına müsahibəsində Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek deyib.
“Hazırda vəziyyət elə görünür ki, münaqişə hələ bir müddət davam edəcək. Bəlkə həftələr, bəlkə aylar. Bu o deməkdir ki, biz strategiyamızı dəyişməliyik, Ukraynaya daha çox silah verməliyik. Biz bunu edirik, həm Avropa, həm ABŞ, həm də Almaniya. Biz Ukraynanı bu çətin anda ölkəyə dəstək olmaq üçün pulla təmin etməliyik”, - o bildirib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}