Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirilib/-FOTO

26 May 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinın Şamaxı filialının 30 illik yubileyi və “Mirzə Ələkbər Sabir: Tarixi yaddaş və müasirlik” Respublika elmi konfransı keçirilib.

Şəffaflıq.az xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ADPU-nin Ağcəbədi, Cəlilabad, Quba və Şəki filiallarının direktorları, incəsənət xadimləri və rayon ictimaiyyəti nümayəndələri iştirak edib. 
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş abidə önünə gül dəstələri düzülərək onun xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Şəhidlər xiyabanı ziyarət olunmuş şəhidlərin məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Yubiley tədbiri və Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi çərçivəsində tədbir iştirakçıları Sabirin ev müzeyində görülmüş işlərlə taniş olmuş, onlara şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilmişdir.
Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədə Azərbaycan Respulikasının Dövlət Himninin səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov ADPU-nin Şamaxı filialının regionun təhsil həyatında oynadığı roldan geniş söhbət açmış, filialın kollektivini yubiley münasibətilə təbrik edərək, bu təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına görə digər ali təhsil ocaqlarından fərqlənmədiyini qeyd etdi. O, həmçinin “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının işinə uğurlar arzuladı.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov 100 yaşı tamam olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən universitet olmasından bəhs edərək son 100 ildə 160 mindən çox yüksək ixtisaslı müəllim kadrları hazırlayan ADPU və onun filiallarının müasir baxışlı müəllim kadrları yetişdirilməsinə verdiyi töhvələrdən geniş söhbət açdı.
Tədbirdə çıxış edən ADPU-nin Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova bütün tədbir iştirakçılarını salamlayaraq 30 ildə filialın keçdiyi inkişaf yolundan danışaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə və təhsilə göstərdikləri əvəzsiz diqqət və qayğıdan geniş söhbət açdı.
Tədbir “Mirzə Ələkbər Sabir: tarixi yaddaş və müasirlik” Respublika elmi konfransının mövzusuna həsr olunmuş çıxışlarla davam etdirildi. Filialın müəllimi Rima Quliyeva görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin yaradıcılığının müxtəlif aspektlərinə toxundu.
Tədbirdə çıxış edən xalq artistləri Nurəddin Mehdixanlı və İlham Namiq-Kamal filialın kollektivini yubiley münasibətilə təbrik edərək bu təhsil ocağının mədəniyyət müəssisələri ilə sıx əməkdaşlıq etməsini, teatr sənətinə önəm verməsini yüksək qiymətləndirərək qədim elm və mədəniyyət mərkəzi olan Şamaxıda belə yüksək səviyyəli tədbirlərin təşkil olunmasının əhəmiyyətini bildirdilər.
Tədbirdə ADPU-nin Şamaxı filialının bir qrup müəllimi filialın 30 illik yubileyi və rayonun ictimai həyatında fəal iştirakına görə müvafiq Fəxri Fərmanlarla təltif olundu.
Bədii hissə Şamaxı rayon Mədəniyyət Mərkəzinin ansamblının iştirakı, əməkdar artistlər Elnarə Abdullayeva, Elnur Zeynalov və Şamaxı filialının tələbələrinin ifası ilə davam etdirildi.









Göyçək Xancanova.
Şamaxı
Şəffaflıq.az

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}