Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Şamaxı rayonunda qeyd olunmuşdur.-FOTO

 Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam xanım Cəfərova, rayonun hüquq-mühafizə orqanları, idarə müəssisə rəhbərləri və kollektivi, həmçinin rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına parkda ulu öndərin abidəsi önünə gül dəstələri düzülmüş, ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Şəffaflıq.az xəbər verir ki, rayon Mədəniyyət Mərkəzində təşkil olunmuş rəsmi hissədə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunmuşdur.
Milli Məclisin deputatı Tamam xanım Cəfərova çıxışında xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda Heydər Əliyev qədər misilsiz xidmətlər göstərən ikinci dövlət xadiminin olmadığını, bu mənada ulu öndərin xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli lider, güvənc yeri və qürur duyduğumuz şəxsiyyət olduğunu vurğulamışdır.

Digər çıxış edən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı müstəqilliyin ilk illərində ölkədə baş verən prosseslərə toxunaraq cəmiyyətimizdə yeni bir siyasi partiyanın yaradılmasının zəruruliyini vurğulayaraq məhz həmin dövrdə respublikanın parlaq simalarının, ziyalıların və böyük nüfuz sahibi olan insanların Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasından geniş söhbət açmışdır.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə silsilə tədbirlərin keçirildiyini və dahi şəxsiyyətin ömür yolunun hər bir azərbaycanlıya örnək olduğunu vurğulayaraq onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, həmçinin xalqın məhəbbətini qazanan ümummilli lider kimi daim yaşayacağını bildirmişdir.
шаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}