Cəlilabadda iki min yaşı olan tarixi əşya aşkarlanıb
Cəlilabad rayonunda məktəb şagirdləri tarixi əşyalar aşkarlayıb.
Şəffaflıq.az xəbər verir ki, tarixi əşyalar Şatırlı kəndi ərazisində tapılıb.
Yerli tarixçi Elşad Əmənovun sözlərinə görə, tapılan məişət əşyası 19-cu əsrə aid edilir. Üzərində runik yazı işarəsi olan boyunbağı isə orta əsrlərə aid yaşayış yerindən tapılsa da, 1800-2000 illik tarixə malikdir.
Tapılan əşyalar rayon Tarix diyarşünaslıq muzeyinə təhvil veriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş