Azərbaycanda daha iki erməni hərbçisinin meyiti tapılıb

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.
Şəffaflıq.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.
Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.
Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}