Bakıda restoranın 17 yaşlı ofisiantı yoxa çıxdı.

 Bakıda 17 yaşlı oğlan itkin düşüb.
Şəffaflıq.az xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə müraciət edən Ağstafa rayon sakini Saday Qocayev oğlu, 2002-ci il təvəllüdlü Hikmətin itkin düşdüyünü bildirib. O, qeyd edib ki, oğlu Çobanzadə küçəsində yerləşən restoranda ofisiant kimi işləyir və avqustun 26-da günorta saatlarında işlədiyi yeri tərk edəndən sonra itkin düşüb.
Oğlunu axtaran ata onun xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}