Əsas Səhifə > Hadisə > Bakıda restoranın 17 yaşlı ofisiantı yoxa çıxdı.
Bakıda restoranın 17 yaşlı ofisiantı yoxa çıxdı.1-09-2019, 18:50 |
Bakıda 17 yaşlı oğlan itkin düşüb. Şəffaflıq.az xəbər verir ki, Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə müraciət edən Ağstafa rayon sakini Saday Qocayev oğlu, 2002-ci il təvəllüdlü Hikmətin itkin düşdüyünü bildirib. O, qeyd edib ki, oğlu Çobanzadə küçəsində yerləşən restoranda ofisiant kimi işləyir və avqustun 26-da günorta saatlarında işlədiyi yeri tərk edəndən sonra itkin düşüb. Oğlunu axtaran ata onun xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |