Kanadada güclü qasırğa nəticəsində səkkiz nəfər ölüb


 

Kanadanın cənubunda qasırğa nəticəsində səkkiz nəfər ölüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Qurbanların demək olar ki, hamısı yıxılan ağacların altında qalaraq ölüb, bir qadının isə qayığı fırtına nəticəsində çevrilib və boğulan qadını xilas etmək mümkün olmayıb.

Ontario və Kvebek əyalətlərinin yüz minlərlə sakini işıqsız qalıb. Qasırğa mayın 21-də Kanada ərazisi üzərindən keçib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}