Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb
Güclü qasırğa ABŞ-ın Pensilvaniya ştatında bir neçə binanı dağıdıb, beş nəfər xəsarət alıb.Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli “Bucks County Courier Times” qəzeti yazıb.Bildirilir ki, təbii hadisə Filadelfiyanın şimal-şərqindəki Bensalem şəhərində avtomobillərə xidmət servisinin və “Faulkner Auto Group” şirkətinin avtosalonunun binasının dağılmasına gətirib çıxarıb."Bu dağıdıcı qasırğa idi. Kinoda olduğu kimi idi. Sanki bomba partladı", - yerli İctimai Təhlükəsizlik xidmətinin rəhbəri Fred Xarran deyib.Qasırğa səbəbindən Baks dairəsində dairəsində azı yeddi min sakin işıqsız qalıb.
Xəbəri paylaş
Facebook-da paylaş