ABŞ-da qasırğa zamanı fabrikin uçması nəticəsində 8 nəfər həlak olub

ABŞ-ın Kentukki ştatının Mayfild şəhərində şam fabrikinin qasırğa zamanı çökməsi nəticəsində 8 nəfər ölüb, bu qədər sayda da insan itkin düşüb.
Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi şirkətin nümayəndəsi - müəssisənin operatoru Bob Ferqyusona istinadən məlumat yayıb.
İlkin məlumata görə, fəlakət zamanı istehsalat ərazisində 110-a yaxın işçi olub. "Fabrikdə 70 nəfərin ölə biləcəyi ilə bağlı ilkin məlumatlar var idi. Bu, həddən artıq çoxdur. Şükür ki, rəqəmlər daha azdır", - Ferqyuson deyib: “Biz hələ də itkin düşən səkkiz nəfərdən birini tapa biləcəyimizə ümid edirik ".
Daha əvvəl Kentukki qubernatoru Endi Beşir ştatda dağıdıcı qasırğa nəticəsində 80-dən çox insanın öldüyünü və onların sayının 100-ü keçə biləcəyini bildirib.
ABŞ-ın bir sıra ştatlarında qasırğa qurbanlarının ümumi sayı 90 nəfəri ötüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}